Fransadakı səfirmiz "Qarabağ"ın oyununu stadionda izləyəcək

Fransadakı səfirmiz "Qarabağ"ın oyununu stadionda izləyəcək

Fransadakı səfirmiz "Qarabağ"ın oyununu stadionda izləyəcək

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə ilk oyunu Gənclər və idman naziri Fərid Qayıbovla yanaşı Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də izləyəcək. 

Polemika.az xəbər verir ki, bu barədə Qol.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O, Fərid Qayıbov və Rəhman Mustafayevin qarşılaşmanı stadiondan canlı izləyəcəyini bildirib: “Hazırda Gənclər və idman naziri Fərid Qayıbov buradadır. Azərbaycanın Fransadakı səfirinin də bura gələcəyi gözlənilir. Onlar oyunu izləyəcəklər”. 

Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 24-ü Bakıda olacaq.

Fransadakı səfirmiz "Qarabağ"ın oyununu stadionda izləyəcək