"Facebook" üz tanıma sistemini dayandır

"Facebook" üz tanıma sistemini dayandır

"Facebook" üz tanıma sistemini dayandır

"Facebook" yaxın həftələrdə üz tanıma sistemini dayandırmağı və bir milyarddan çox istifadəçinin üz skan məlumatlarını silməyi planlaşdırır.

Polemika.az xəbər verir ki, bu barədə "Meta"nın süni intellekt üzrə yeni vitse-prezidenti təyin edilən Ceromi Pesenti məlumat yayıb.

Öz bloq yazısında o, "Facebook" üz tanıma sistemini bağlayacaqlarını bildirib.

Qeyd edək ki, üz tanıma sistemi “Face ID” olaraq da adlandırılır.

“Face ID” sistemi ilə istifadəçinin bütün üz cizgiləri sistemə köçürülür və təhlükəsizlik baxımından yalnız həmin istifadəçinin üz cizgiləri tanınılarsa, profil hesabına giriş mümkündür.

“Face ID” sistemi hazırd abir çox smartfonalrda mövcuddur.

Xatırladaq ki, "Faceook" yaxın zamanlarda öz adını dəyişərək "Meta" olaraq adlandırıb.

"Meta"nın tərkibinə isə "Facebook", "Instagram", "WhatsApp", "Messenger" və "Oculus" daxildir.

"Facebook" üz tanıma sistemini dayandır