Nazirlik yeni loqoya aydınlıq gətirdi: “Qısaldılmış ad olaraq...”

Nazirlik yeni loqoya aydınlıq gətirdi: “Qısaldılmış ad olaraq...”

Nazirlik yeni loqoya aydınlıq gətirdi: “Qısaldılmış ad olaraq...”

Gənclər və İdman Nazirliyi yeni loqo ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Nazirlikdən Polemika.az-a verilən məlumata görə, yeni loqo beynəlxalq yarışlarda Azərbaycanın qısadılmış adına əsasən seçilib: "Hər bir ölkənin Alfa-3 sertifikatlı qəbul edilmiş qısa adı var. Beynəlxalq yarışlarda Azərbaycanın qısadılmış adı AZE olaraq göstərilir. İdmançılarımızın geyimləri üzərində AZE yazılır, yarışlar zamanı Azərbaycan adı AZE kimi ifadə olunur, tanınır. TV ekranlarında, yarış meydanlarında, tablolarda da belə yazılır".

"Fon olaraq seçilmiş yaşıl rəng isə gənc nəslə, idmançılara xas aktivlik və enerji rəmzi olaraq ifadə olunub.

Loqo müasir dövrün dizayn tendensiyalarına uyğun və minimalist yanaşma ilə hazırlanıb" - deyə qurumdan qeyd olunub.

Nazirlik yeni loqoya aydınlıq gətirdi: “Qısaldılmış ad olaraq...”