“Azəriqaz"ın bayram günlərində iş qrafiki məlum oldu

“Azəriqaz"ın bayram günlərində iş qrafiki məlum oldu

“Azəriqaz"ın bayram günlərində iş qrafiki məlum oldu

Azəriqaz” İstehsalat Birliyi bayram günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

Polemika.az xəbər verir ki, Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları 19-27 mart tarixlərində xidmətlərini icra edəcəklər.

Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək. 35 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 15:00-dək, bazar günləri isə saat 10:00-dan 14:00-dək iş başında olacaqlar.

Abonentlər qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də Birliyin sosial şəbəkə ünvanlarına yazmaqla məlumat verə bilərlər.

“Azəriqaz"ın bayram günlərində iş qrafiki məlum oldu