"Yolun digər qolu Ermənistanı Azərbaycanla birləşdirəcək" - Paşinyan

"Yolun digər qolu Ermənistanı Azərbaycanla birləşdirəcək" - Paşinyan

"Yolun digər qolu Ermənistanı Azərbaycanla birləşdirəcək" - Paşinyan

"Regional kommunikasiyaların açılması məsələsi kontekstində Ermənistan hökuməti Şimal-Cənub layihəsini Şimal-Cənub, Şərq-Qərb layihəsinə və ya bir sözlə, erməni qovşağına çevirib".

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

“Şimal-Cənub layihəsi ilə bağlı regional kommunikasiyaların açılması ilə bağlı apardığımız son müzakirələr nəticəsində faktiki olaraq biz Şimal-Cənub, Şərq-Qərb layihəsində yenidən qeydiyyatdan keçmişik. Ümid edirik ki, bu layihə daha da sürətlə həyata keçiriləcək. Bu o deməkdir ki, bu yolun qollarından biri Ermənistanı İranla, digər qolu Ermənistanı Azərbaycanla, daha sonra isə Türkiyəni Naxçıvanla birləşdirəcək. Və biz bu layihəni bu ümumi kontekstdə yerləşdiririk”, - deyə Paşinyan fevralın 17-də ilkin seçim üçün tender elan edilən Şimal-Cənub layihəsinin Sisian-Kacaran hissəsinin tikintisinə toxunub.

O əlavə edib ki, Şərq-Qərb hissəsinin layihəsi hələ hazırlanmayıb, lakin siyasi razılaşmalar kontekstində bu hissəni çox sürətlə həyata keçirəcəklər.

"Yolun digər qolu Ermənistanı Azərbaycanla birləşdirəcək" - Paşinyan