“Neftçi” “Qəbələ”ni darmadağın etdi

“Neftçi” “Qəbələ”ni darmadağın etdi

“Neftçi” “Qəbələ”ni darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib. 

Polemika.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. İlk oyun "Keşlə" "Sumqayıt"ı qəbul edib. Matç heç-heçə bitib - 1:1.

Günün digər oyununda isə bu gün yaranmasının 85 illiyini qeyd edən "Neftçi" doğma meydanda "Qəbələ" ilə üz-üzə gəlib və 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq. 

18 mart (cümə)

19:37. “Neftçi” – “Qəbələ” - 4:0

Qollar: Eddi İsrafilov, 7, 90+5,  Mamadu Mbodj, 17, Gilyerme Pato, 81

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

“Bakcell Arena”

 

17:00. “Keşlə” – “Sumqayıt” - 1:1

Qollar: Amil Yunanov, 45, - Franko Flores, 57-avtoqol 

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev

“ASK Arena”

“Neftçi” “Qəbələ”ni darmadağın etdi