Balansda 8291,6 milyon dollar məbləğində qalıq niyə yaranıb? - İqtisadçıdan şərh

Balansda 8291,6 milyon dollar məbləğində qalıq niyə yaranıb? - İqtisadçıdan şərh

Balansda 8291,6 milyon dollar məbləğində qalıq niyə yaranıb? - İqtisadçıdan şərh

“Mərkəz Bankın statistik məlumatlarına əsasən, 2021-ci ildə Azərbaycanın cari əməliyyat balansında 8291,6 milyon ABŞ dolları məbləğində qalıq yaranıb. Qalıq məbləğ ÜDM-nin təxminən 15.2%-i qədər olub.  Tədiyə balansının göstəricilərinə görə, neft-qaz sektorunda 2021-ci ildə 14 milyard profisit yaranıb. Bu isə ortalama olaraq 2.8 dəfə artım deməkdir”.

Bu sözləri Polemika.az-a açıqlamasında iqtisadçı Elmir Səfərli söyləyib.

O, qeyri-neft sektoru üzrə 5.7 milyard kəsir formalaşdığını bildirib:

“Kəsir məbləği də 7.7% artım göstərib. Bu profisitin formalaşmasına əsas səbəblərdən biri pandemiyadan sonra neftin qiymətində olan dəyişikliklərdir. 2021-ci il üzrə ortalama olaraq neftin qiyməti 66.8 ABŞ dollar təşkil edib. Eyni zamanda, 2021-ci ildə xarici ticarət dövriyyəsi 32.1 milyard ABŞ dolları təşkil edib ki, yekun balans 11.3 milyard ABŞ dolları profisitlə qərarlaşdırılıb. Ölkə üzrə cari əməliyyatlar balansı hətta keçən ildən etibarən profisitlə yekunlaşdırılacağı proqnozlaşdırılırdı.

"Fitch" reytinqi 2021-ci il üzrə Azərbaycanın xarici valyuta emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnozunu “Sabit” olaraq “BB+” səviyyəsində təsdiqləyib. Bu isə Azərbaycanda güclü xarici balansı, dövlət borcunun aşağı səviyyəsi və suveren rifah fondunun iri maliyyə aktivləri hesabına dəstəkləndiyini özündə əks etdirir”.

Mehri Qurban

Balansda 8291,6 milyon dollar məbləğində qalıq niyə yaranıb? - İqtisadçıdan şərh