"Kişi bivec olmasa, qadın ailəsinə təpik atmaz" - Qalmaqal

"Kişi bivec olmasa, qadın ailəsinə təpik atmaz"

"Kişi bivec olmasa, qadın ailəsinə təpik atmaz" - Qalmaqal

Tanınmış meyxanaçı Aqşin Fateh ailədaxili münasibətlərdən danışıb. Meyxanaçının nikahın pozulmasına görə qadınları qınaması birmənalı qarşılanmayıb.

Aqşin Fatehin "Kişi və qadın münasibətləri o qədər qəliz məsələdir ki, bir ailənin dağılmasında günahın 90 faizi qadınlarda olur" – deməsi öz sənət yoldaşlarını da qəzəbləndirib.

Mövzu ilə bağlı Polemika.az-a danışan meyxanaçı Samirə Yusifqızı ailənin dağılmasında başlıca səbəbkarın kişilər olduğunu deyib:

“Günahın hamısı qadınlarda olur demək düzgün deyil. Bir ailənin dağılmasında hər iki tərəfin günahı olur. Hər şeyi yazıq qadınların üstünə yıxmaq olmaz. Heç bir qadın istəməz ki, ailəsi dağılsın. Əgər bir ailə dağılırsa, mütləqdir ki, burada kişinin boşluğu var. Kişi bivec olmasa, qadın heç vaxt ailəsinə təpik atmaz. Hər şey kişidən asılıdır. Möhkəm, əsl kişinin ailəsi də elə olur”.

Söz ustadı gənc ailələrə də məsləhət verib:

“Xanımlara məsləhət görərdim ki, o saat ərə qaçmasınlar. Bir az fikirləşsinlər, məsləhət etsinlər. Kişi papaq deyil ki, gündə birini dəyişəsən. Fikirləşsinlər ki, ailə qurduqları adamla ömürlərinin axırına qədər yola gedə biləcəklər ya yox. Evlənmək asandır, boşanmaq onda da asandır. Elə etsinlər ki, sabah uşaqlar ortada qalıb, əziyyət çəkməsin. Sabah boşanan ana-ata başqası ilə ailə quracaq, əzabı uşaqlar çəkəcək. Bu onlar üçün böyük travmadır. Elə eləmək lazımdır ki, bir müddət sonra övladları onları lənətləməsin. Uşaqların pis yola düşməyinin səbəbkarı ata, analarıdır. Valideynlər, ailə normal olanda övlad heç vaxt pis yola düşmür. Gənclər ailə quranda milli-mənəvi dəyərləri qorumalıdırlar, bütün gün telefondan sallanmamalıdırlar, sosial şəbəkələrdə nəyisə görüb ailəyə dava salmamalıdırlar, bir az ciddi olmaq lazımdır, ailədə ciddiyət vacibdir. Mən demirəm ki, kişilər qadınları yumruq altda saxlamalıdırlar, əsla, sadəcə kişi ailənin başçısıdır və özünü ailə başçısı kimi aparmalıdır. Kişi normal olsa, arvad heç vaxt başqa fikirlərə düşməz. Hər şeyin səbəbkarı kişilərdir”.

Əsmətxanım 

 

"Kişi bivec olmasa, qadın ailəsinə təpik atmaz" - Qalmaqal