Rusiyanın xarici borcu 150 milyard dollara çatır

Rusiyanın xarici borcu 150 milyard dollara çatır

Rusiyanın xarici borcu 150 milyard dollara çatır

Rusiya Federasiyasının və şirkətlərinin xarici borcu 150 milyard dollara çatır və sabah defolt (Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi - red.) elan oluna bilər.

Polemika.az "Bloomberg"ə istinadla xəbər evrir ki, martın 16-da gözlənilən ödənişlə bağlı Rusiyanın maliyyə naziri Anton Siluanov 117 milyon dolların köçürülməsinə göstəriş verib, lakin ödəniş valyutası göstərilməyib.

"Rusiya hökuməti bildirib ki, bütün borclar ödəniləcək, lakin bu, müharibə səbəbindən tətbiq edilən sanksiyalara görə rublla olacaq.

Dollar əvəzinə yerli valyutada ödəniş edilməməsi və ya ödənilməməsi 150 milyard dollara yaxın xarici valyuta borcunun potensial defolt dalğasına səbəb olacaq.

Rusiya defolt edərsə, texniki olaraq vəziyyəti düzəltmək üçün 30 günlük güzəşt müddəti (15 aprelə qədər) var", - deyə məqalədə qeyd olunur.

Rusiyanın xarici borcu 150 milyard dollara çatır