“WhatsApp” istifadəçilərinə pul ödəməyə BAŞLADI - YENİLİK

“WhatsApp” istifadəçilərinə pul ödəməyə BAŞLADI - YENİLİK

“WhatsApp” istifadəçilərinə pul ödəməyə BAŞLADI - YENİLİK

"WhatsApp Payment" funksiyasına yeni özəllik gəlib.

Polemika.az xarici mediaya istinadla xəbər verir ki, hazırda Braziliya və Hindistanda istifadə edilən "WhatsApp Payment" yəni "WhatsApp Ödənişi" müştərilərinə geri ödəmələr edib.

Şirkət bu barədə rəsmi açıqlama verməsə də, bu funksiyadan yararlanan bir neçə şəxs geri ödəmə almaları ilə bağlı fotoşəkilləri sosial media hesablarında paylaşıblar.

"WhatsApp Payment" funksiyası nədir? Hazırda qeyd etdiyimiz kimi, yalnız Braziliya və Hindistanda mövcud olan funksiya qarşı tərəfə ödəniş etməyə imkan verir. Bunun üçün mobil tətbiqdə qeydiyyatdan keçdikdən sonra bank kartınızı əlavə etməniz kifayət edir. Daha sonra isə ödəniş etmək istədiyiniz şəxsin hesabına daxil olub, ödəniş düyməsini sıxaraq pul göndrmək istədiyin bank kartını və məbləği təyin edirsiniz. 

Qeyd edək ki, ödəməni geri alacaq şəxsdə də bu funksiya aktiv olmalıdır.

Proqramın sınaq mərhələsindən keçib istifadəyə veriləcəyi isə hələ ki məlum deyil.

“WhatsApp” istifadəçilərinə pul ödəməyə BAŞLADI - YENİLİK