Çempionlar Liqasının püşkü atıldı

Çempionlar Liqasının püşkü atıldı
Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.
Polemika.az-ın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda dörd cütü müəyyənləşdirib. 1/4 final mərhələsinin ilk matçları aprelin 5-6-da, cavab görüşləri 12-13-də keçiriləcək.
Çempionlar Liqası
1/4 final
1. “Çelsi” (İngiltərə) - “Real” (İspaniya)
2. “Mançester Siti” (İngiltərə) - “Atletiko” (İspaniya)
3. “Vilyarreal” (İspaniya) - “Bavariya” (Almaniya)
4. “Benfika” (Portuqaliya) - “Liverpul” (İngiltərə)