Konfrans Liqası: Bu gün püşkatma mərasimi keçiriləcək

Konfrans Liqası: Bu gün püşkatma mərasimi keçiriləcək

Konfrans Liqası: Bu gün püşkatma mərasimi keçiriləcək

Bu gün Konfrans Liqasında 1/4 və 1/2 mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

Polemika.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunacaq. Bu mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməyəcək. Həmçinin, növbəti raundlarda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər.

Eyni zamanda, mərasimdə final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma olacaq.

1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.

UEFA Konfrans Liqası

1/4 final

"Marsel" (Fransa)

"Lester" (İngiltərə)

PSV (Niderland)

"Budyo Qlimt" (Norveç)

PAOK (Yunanıstan)

"Slaviya" Praqa (Çexiya)

"Roma" (İtaliya)

"Feyenoord" (Niderland)

Konfrans Liqası: Bu gün püşkatma mərasimi keçiriləcək