Avropa çempionatı: Futzal millimiz ilk oyunda məğlub oldu

Avropa çempionatı: Futzal millimiz ilk oyunda məğlub oldu

Avropa çempionatı: Futzal millimiz ilk oyunda məğlub oldu

Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.

Polemika.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda D qrupunda Gürcüstan seçməsi ilə qarşılaşıb.

Qroningendəki "Martini Plaza"da oynanılan qarşılaşmada yığmamız məğlub olub - 2:3. Millimizin hər iki qolunu Rafael Vilela vurub.

Bu qrupun digər matçında İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək. Qeyd edək ki, Azərbaycan millisi ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.

Avropa çempionatı

D qrupu, I tur

22 yanvar

Gürcüstan - Azərbaycan - 3:2

Qol: Elisandro 9'31; Sebiskveradze 26'54''; Thales 31'30'' (p) - Rafael Vilela, 5'14''; 6'26''

Baş hakim: Sedrik Pelisye (Fransa)

 

 

Avropa çempionatı: Futzal millimiz ilk oyunda məğlub oldu