Aİ Türkiyə və Çinin sanksiyalara qoşilmasını istəyir

Aİ Türkiyə və Çinin sanksiyalara qoşilmasını istəyir

Aİ Türkiyə və Çinin sanksiyalara qoşilmasını istəyir

Avropa İttifaqı (Aİ) Türkiyə, Çin və Fars körfəzi ölkələri ilə Rusiyaya qarşı sanksiyaları dəstəkləmək və bu məhdudlaşdırıcı tədbirlərdən yan keçməmək danışıqlar aparır.

Polemika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Peter Stano açıqlama verib.

O, bir çox başqa dövlətlərin, xüsusən də Türkiyə və Çinin onları dəstəkləmədiyi şəraitdə Aİ sanksiyalarının nə dərəcədə effektiv olması sualını şərh edib:

"Tərəfdaşımız olan ölkələr belə imkanları olan yerlərdə təzyiq göstərməkdə mühüm rol oynayır. Biz Türkiyə ilə işləyirik, Aİ kimi sanksiyaları qəbul etməyən digər tərəfdaşlar onlara qoşulmayıb. Onlara bu cür sanksiyaların əhəmiyyətini izah edirik”.

Stanonun sözlərinə görə, Aİ Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü təşkil etməklə vasitəçi rolunu üzərinə götürən Türkiyənin rolunu alqışlayır:

“Türkiyə tərəfdaşımız və NATO üzvü kimi bu işdə öz rolunu oynayır. Biz adı çəkilən digər ölkələrlə, xüsusən də Fars körfəzi dövlətləri ilə işləyirik".

Aİ Türkiyə və Çinin sanksiyalara qoşilmasını istəyir