9 yaşlı Pərvanə kameralar qarşısında satıldı - DƏHŞƏT

9 yaşlı Pərvanə kameralar qarşısında satıldı

9 yaşlı Pərvanə kameralar qarşısında satıldı - DƏHŞƏT

Əfqanıstanda ata yemək tapmadığı üçün 9 yaşlı qızını 55 yaşındakı bir kişiyə evlilik məqsədilə satıb.

Polemika.az xəbər verir ki, 55 yaşlı kişiyə evlilik məqsədilə satılan Pərvanə Malikinin görüntüləri dünyada şok effekti yaradıb.

Pərvanə Malikinin ailəsi 4 ildir ki, Badgs əyalətində düşərgədə yaşayır.

Beynəlxalq humanitar yardımların çatmadığı Əfqanıstanda insan böhranı davam edir. Bir neçə ay əvvəl 12 yaşındakı qızını evlilik üçün satan Əbdül Malik bu dəfə 9 yaşındakı qızı Pərvanəni "CNN İnternational" kanalının kamerları önündə satıb.

8 nəfərlik ailənin ölməməsi üçün qızını satmaq məcburiyyətində qaldığını söyləyən Əbdül Malik 9 yaşlı Pərvanəni 2 min 200 dollara satdıqdan sonra tarla və qoyun alıb.

Hazırda bir xanımı olduğunu bildirən Qurban isə deyib ki, Pərvanə ucuzdur və atası da çox yoxsuldur: “Pula ehtiyacı vardı, Pərvanə evimdə işləyəcək, onu döyməyəcəyəm”.

Ata Əbdül Malik isə qızını satdığı Qurbana “O, sənin gəlinindir, lütfən ona yaxşı bax, indi sənin məsuliyyətindədir. Xahiş edirəm onu döymə” deyib./Teleqraf.com

9 yaşlı Pərvanə kameralar qarşısında satıldı - DƏHŞƏT