Nazir: “Azərbaycanın erməni əsilli vətəndaşlarının inteqrasiyası əsas prioritetdir”

Nazir: “Azərbaycanın erməni əsilli vətəndaşlarının inteqrasiyası əsas prioritetdir”

Nazir: “Azərbaycanın erməni əsilli vətəndaşlarının inteqrasiyası əsas prioritetdir”

“Müharibə bitən kimi Azərbaycan azad olunmuş ərazilərdə böyük miqyaslı tikinti, yenidənqurma işlərinə başlayıb”.

Polemika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda deyib.

Onun sözlərinə görə, işğal dövründə yerlə yeksan edilmiş bu ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına geri qayıtması, bu ərazilərdə Azərbaycanın erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi və digər sahələrdə inteqrasiyası və bərabərhüquqlu vətəndaş olması əsas prioritetlərindəndir.

“Azad olunmuş torpaqlarda reabilitasiyaya maneə olan əsas məqam bu ərazilərin minalarla çirkləndirilməsidir. Bu, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasına və sürətli yenidənqurmaya əngəl törədir. BMT institutlarının təmsilçilərinin bu regionlara səfəri və baş verənləri öz gözləri ilə görməsi yaxşıdır. Ümid edirik ki, bu missiyalar öz hesabatlarında gördüklərini əhatəli şəkildə təqdim edəcəklər və konkret təkliflər verəcəklər. Təbii ki, bu hesabatlarda Azərbaycan Hökumətinin qısa zamanda gördüyü işlər də kənarda qalmamalıdır”, - nazir vurğulayıb.\APA

Nazir: “Azərbaycanın erməni əsilli vətəndaşlarının inteqrasiyası əsas prioritetdir”