FİFA milli komandaların yeni reytinqini açıqladı

FİFA milli komandaların yeni reytinqini açıqladı

FİFA milli komandaların yeni reytinqini açıqladı

FİFA milli komandaların yeni reytinqini açıqlayıb.

Polemika.az xəbər verir ki, Azərbaycan millisi ötən reytinqlə müqayisədə 2 pillə geriləyib. Yığmamız 1146 xalla 119-cu sırada qərarlaşıb.

Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1681 xalla 8-ci (-1), Serbiya 1527 xalla 25-ci (+3), İrlandiya 1430 xalla 51-ci (-1), Lüksemburq isə 1234 xalla 94-cü (0) yerdədir.

Siyahıya Belçika (1832) başçılıq edir. Braziliya (1820) 2-ci, Fransa (1779) 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, millimiz bundan əvvəlki reytinqdə 5 pillə geriləmişdi.

FİFA milli komandaların yeni reytinqini açıqladı