AFFA "Neftçi"nin baş məşqçisini cəzalandırdı

AFFA "Neftçi"nin baş məşqçisini cəzalandırdı

AFFA "Neftçi"nin baş məşqçisini cəzalandırdı

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında 9-cu turun “Qarabağ” – “Neftçi” oyununda baş verənlərlə başlı qərarlarını açıqlayıb.

Polemika.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən yaydığı məlumata görə, “Qarabağ” azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib. "Neftçi"yə isə eyni məbləğdə cərimə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün kəsilib.

Bundan başqa “Neftçi”nin baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Klub isə daha 4000 manat ziyana düşüb. 

AFFA "Neftçi"nin baş məşqçisini cəzalandırdı