İran zənginləşdirilmiş uran ehtiyatını artırır

İran zənginləşdirilmiş uran ehtiyatını artırır

İran zənginləşdirilmiş uran ehtiyatını artırır

İran 60% zənginləşdirilmiş uran ehtiyatlarını 25 kiloqrama, 20% zənginləşdirilmiş uran ehtiyatını isə 210 kiloqrama çatdırıb.

Polemika.az “Mehr”ə istinadla xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi məlumat yayıb.

O bildirib ki, İran 20% zənginləşdirilmiş 210kq uran istehsal edib. Baxmayaraq ki, nüvə sazişinə əsasən, Tehrana uranı maksimum 3,67% zənginləşdirməyə icazə verilir.

Kamalvəndi ötən il İslam Respublikası parlamentinin qəbul etdiyi qanunu xatırladıb.

“Bir müddət bizim bəzi məhdudiyyətlərimiz var idi, amma xoşbəxtlikdən, sanksiyaları ləğv etmək və İran xalqının maraqlarını qorumaq üçün İslami Şuranın Strateji Fəaliyyət Qanunu bunu dəyişdi", - deyə təşkilat rəhbəri qeyd edib.

Xatırladaq ki, 2015-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa), eləcə də Almaniya arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı adlandırılan nüvə sazişi Tehrana uranı zənginləşdirməyə davam etməyə imkan verir.

ABŞ birtərəfli qaydada nüvə sazişindən çıxdıqdan sonra İran saziş üzrə öhdəliklərini dayandırıb.

İran zənginləşdirilmiş uran ehtiyatını artırır