Orxan Səfərov “Böyük Dəbilqə”də Azərbaycana ilk qızıl medalı qazandırdı

Orxan Səfərov “Böyük Dəbilqə”də Azərbaycana ilk qızıl medalı qazandırdı

Orxan Səfərov “Böyük Dəbilqə”də Azərbaycana ilk qızıl medalı qazandırdı

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.

Polemika.az xəbər verir ki, Orxan Səfərov (-66 kq) Denis Vyeruya (Moldova) ipponla qalib gələrək qızıl medala sahib çıxıb. Bu onun “Böyük Dəbilqə” yarışlarında üçüncü qızıl medalıdır.

Həmçinin Rövşən Əliyev (-60 kq) Sumiyabazar Enktaivana (Monqolustan) qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın monqol əsilli cüdoçusu İçinxorloo Munxtsedev (-52 kq) final görüşünə çıxacaq./Oxu.az

Orxan Səfərov “Böyük Dəbilqə”də Azərbaycana ilk qızıl medalı qazandırdı