Mahir azarkeşlərdən üzr istədi: "Nə deyəcəyimi bilmirəm"

Mahir azarkeşlərdən üzr istədi: "Nə deyəcəyimi bilmirəm"

Mahir azarkeşlərdən üzr istədi: "Nə deyəcəyimi bilmirəm"

"Nəsə demək çətindir. Həm klub tarixində, həm də çoxumuzun karyerasında ilk dəfədir ki, belə hal yaşanır".

Polemika.az xəbər verir ki, bu sözləri "Legiya"da çıxış edən millimiin hücumçusu Mahir Emreli klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Polşa çempionatının son turunda Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları oyundan sonra turnir cədvəlinin sonuncu pilləsinə düşmələrinə münasibət bildirən 24 yaşlı hücumçu azarkeşlərdən üzr istəyib: "Həddindən artıq çox məğlubiyyət almışıq. Daha əvvəl belə seriya xatırlamıram. Döyüşdük, amma xeyri olmadı. Bunun səbəbini də bilmirəm. Kimsə bizim döyüşmədiyimizi söyləsə, onunla razılaşmaram. Top iki metrdən qapıya girmirsə, buna nə deyə bilərsiniz? Mənim əlimə düşən şansdan istifadə etmək üçün top-oyunçu olmaq lazım deyil. Daha nə deyəcəyimi bilmirəm. Ancaq üzr istəyə bilərəm. Bunu da bilirəm ki, üzr istəmək azarkeşlər üçün bir şey deyil. İlin sonunadək iki matçımız var, bütün diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm".

Qeyd edək ki, Mahir Emreli "Visla" ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Onun komandası 12 xalla turnir cədvəlində sonuncu yerdədir.

Mahir azarkeşlərdən üzr istədi: "Nə deyəcəyimi bilmirəm"