"Köhlən atlar"ın bizi sevindirəcəyinə inanmaq üçün yetərincə əsaslarımız var"

"Köhlən atlar"ın bizi sevindirəcəyinə inanmaq üçün yetərincə əsaslarımız var"

"Köhlən atlar"ın bizi sevindirəcəyinə inanmaq üçün yetərincə əsaslarımız var"

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq. Təmsilçimiz “Qarabağ” qrupda son matçını keçirəcək. Qurban Qurbanovun komandası İsveçrədə “Bazel”lə həlledici matça çıxacaq.

Ağdam klubu bu oyunda qələbə qazanıb 1\8 finala yüksələ biləcəkmi?

Tanınmış idman jurnalisti Amal Abuşov bu gün keçiriləcək oyunu Polemika.az-a şərh edib. Qarşılaşmanın çətin olacağının heç kimə sirr olmadığını bildirib:

“"Bazel" Avropa futbolunun tanınan klublarındadır. Düzdü, "Bazel" "top-klub" sayılmır. Amma etiraf etməliyik ki, ortabab səviyyədən də yuxarıda olan komandadı. Üstəlik, qarşılaşma rəqib meydanında baş tutacaq. Bütün bunlar məsələnin məlum tərəfləridir. Həmin məqamlar "Qarabağ"ın əleyhinə işləyəcək.

Bakıdakı oyun isə bizə optimist düşünməyə əsas verir. BOS-dakı qarşılaşmada "Qarabağ" "Bazel"i bir çox oyun elementlərində üstələyirdi, çatışmayan təkcə isveçrəlilərin qapısına vura bilmədiyimiz qol oldu. Son illərdə "Qarabağ" avrokuboklarda yetərincə ciddi rəqiblərlə məsul oyunlar keçirib və demək olar ki, onların əksəriyyərində rəqibinə qarşı layiqincə mübarizə aparıb, tarixi nəticələr qazanılıb. Bu axşam "köhlən atlar"ın bizi sevindirəcəyinə inanmaq üçün yetərincə əsaslarımız var.

"Qarabağ" bu axşam psixoloji gərginlikdən də əziyyət çəkməyəcək. Komandamız minimum tapşırığın öhdəsindən gəlib. Ümid edirəm ki, elə maksimum hədəf də bizim üçün əlçatan olacaq”.

Mehri QURBAN

"Köhlən atlar"ın bizi sevindirəcəyinə inanmaq üçün yetərincə əsaslarımız var"