"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi  “Omoniya” Kipr çempionatında növbəti oyuna çıxıb.

Polemika.az xəbər verir ki, komanda 8-ci turda doğma meydanda “Anortosis”lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

“Omoniya” 8 turdan sonra 7 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

Qeyd edək ki, “Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk matçda 4:1 hesabı ilə qalib gəlib.  Bu komandalar arasında ikinci görüş noyabrın 25-də Bakıda keçiriləcək.

 

 

"Qarabağ"ın rəqibi uduzdu