İran 20 ABŞ vətəndaşı və hüquqi şəxsini sanksiya siyahısına daxil etdi

İran 20 ABŞ vətəndaşı və hüquqi şəxsini sanksiya siyahısına daxil etdi

İran 20 ABŞ vətəndaşı və hüquqi şəxsini sanksiya siyahısına daxil etdi

İran hakimiyyəti 20-dən çox ABŞ vətəndaşını insan hüquqlarının pozulması ilə bağlı sanksiya siyahısına əlavə edib.

Polemika.az "YJC News"a istinadla xəbər verir ki, bunu bazar ertəsi İslam Respublikası məhkəmə hakimiyyətin (Ali Məhkəmə) rəhbərinin beynəlxalq məsələlər və insan haqları üzrə müavini Kazem Qəribabadi deyib.

O bildirib: “Amerika rejiminin insan haqları bayrağını daşımaq və buna haqq qazandıraraq dövlətlərə qarşı sanksiyalar tətbiq etmək hüququ yoxdur. Bu əsasda ABŞ-dan insan hüquqlarının pozulmasında əli olan fiziki və hüquqi şəxsləri sanksiyalar siyahısına daxil etmək qərarına gəldik”.

Qəribabadinin sözlərinə görə, siyahıya 20-dən çox fiziki və hüquqi şəxs daxildir.

İran 20 ABŞ vətəndaşı və hüquqi şəxsini sanksiya siyahısına daxil etdi