Almaniyada koronavirus qurbanların sayı 100 mini keçdi

Almaniyada koronavirus qurbanların sayı 100 mini keçdi

Almaniyada koronavirus qurbanların sayı 100 mini keçdi

Almaniyada pandemiya dövründə koronavirusdan ölənlərin ümumi sayı 100 119 nəfər olub.

Polemika.az xəbər verir ki, bu Almaniya Səhiyyə Nazirliyi yanında Robert Kox Virusologiya İnstitutunun cümə axşamı dərc etdiyi məlumatda əksini tapıb.

Son sutka ərzində ölkədə 351 xəstə koronavirusun yaratdığı fəsadlardan dünyasını dəyişib. Almaniyada son 24 saat ərzində koronavirusa 75 961 nəfər yoluxub, bu da pandemiya dövründə növbəti maksimumdur.

Koronavirusun yayılmağa başladığı vaxtdan etibarən Almaniyada bu virus 5 573 756 nəfərdə aşkarlanıb. 

Almaniyada koronavirus qurbanların sayı 100 mini keçdi