"Qarabağ"ın rəqibi bu gün Bakıya gəlir

"Qarabağ"ın rəqibi bu gün Bakıya gəlir

"Qarabağ"ın rəqibi bu gün Bakıya gəlir

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat" (Qazaxıstan) Ağdam təmsilçisi ilə matç üçün Bakıya yola düşüb. 

Polemika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Daha əvvəl zədə səbəbindən görüşü buraxacağı açıqlanan Vaqner Lav da komandası ilə birgə paytaxtımıza üz tutub. Həkimlər 37 yaşlı hücumçunun matçda iştirak etməsinə icazə veriblər. 

Lakin komandanın bombardiri Artur Şuşenaçev (12 qol) zədələnib. Onun matçda oynayıb-oynamayacağı məlum deyil. 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq. 

"Qarabağ"ın rəqibi bu gün Bakıya gəlir