“Mən Tanrıya yox, özümə inanıram” - Zlatan İbrahimoviç

“Mən Tanrıya yox, özümə inanıram” - Zlatan İbrahimoviç

“Mən Tanrıya yox, özümə inanıram” - Zlatan İbrahimoviç

İsveçli hücumçu Zlatan İbrahimoviç tanrıya və axırətə inanmadığını deyib.

Polemika.az xarici mediaya istinadən xəbər verir ki, hücumçu dini inancları ilə bağlı "Corriere dello Sport"a müsahibəsində danışıb.

İbrahimoviç anasının xorvatiyalı katolik, atasının isə bosniya və herseqovinalı müsəlman olduğunu qeyd edib. 

İsveçli hücumçu yalnız özünə inandığını, dini inancının olmadığını özünəməxsus şəkildə əsaslandırıb:

"Yalnız özümə inanıram. Bu, həyatdır. Öləndə ölüsən. Heç bilmirəm dəfn mərasimi və məzar istəyirəm, ya yox. Axı, məni sevənlər həmin vaxt əziyyət çəkəcəklər. Xurafat da mənlik deyil. "Uğurlar" sözü xoşuma gəlmir, mənə lazım deyil. Çünki nəyin necə ediləcəyinə özüm qərar verirəm".

Qeyd edək ki, Zlatan İbrahimoviçin açıqlamaları daim birmənalı olaraq qarşılanmır. Onu açıqlamalarına görə tənqid edən azarkeşlərin sayı kifayət qədərdir.

“Mən Tanrıya yox, özümə inanıram” - Zlatan İbrahimoviç