"Qarabağ"ın rəqibi kuboku qazandı

"Qarabağ"ın rəqibi kuboku qazandı

"Qarabağ"ın rəqibi kuboku qazandı

"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan "Kayrat" Qazaxıstan kubokunun qalibi olub.

Polemika.az xəbər verir ki, finalda Karaqanda "Şaxtyor"u ilə keçirilən görüşün 90 dəqiqəsi 2:2 başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər. Penaltilər seriyasında isə "Kayrat" sevinən tərəf olub.

Almatı klubu kuboku 10-cu dəfə qazanıb.

Xatırladaq ki, "Kayrat" Konfrans Liqasında 1 xalla qrupun sonuncusudur. Komanda qrupda son matçını "Omoniya" ilə keçirəcək. "Qarabağ" isə qrup liderliyi uğrunda həlledici matçda "Bazel"in qonağı olacaq.

 

"Qarabağ"ın rəqibi kuboku qazandı