Əliyevlə Paşinyan Brüsseldə bir araya gəlir: "Bu cür görüşlər arzuolunandır"

Əliyevlə Paşinyan Brüsseldə bir araya gəlir: "Bu cür görüşlər arzuolunandır"

Əliyevlə Paşinyan Brüsseldə bir araya gəlir: "Bu cür görüşlər arzuolunandır"

İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldə görüşündən nə gözləmək olar? Nəhayət, Paşinyan özündə siyasi iradə tapıb münaqişənin həlli istiqamətdində vacib addımlar ata biləcəkmi?

Politoloq İlyas HüseynovPolemika.az-a şərhində bildirib ki, Brüssel görüşü böyük maraq doğurur. 

“Çünki bu görüş Rusiyanın vasitəçiliyi ilə yox, Aİ Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində baş tutmalıdır. Brüssel görüşündə humanitar sahəni əhatə edən məsələlər müzakirə olunacaq. Burada postmünaqişə dövrünün yaratdığı müəyyən çətinliklərin aradan qaldırılması, eyni zamanda, tərəflər arasında siyasi dialoqun daha da genişləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması, qarşılıqlı surətdə dövlət sərhədlərini tanıması məsələləri müzakirə oluna bilər”. 

Şərhçinin fikrincə, tərəflər arasında gərginliyin azaldılması və toqquşma riskinin minimallaşdırılması baxımından bu cür görüşlər arzuolunandır.

“Lakin Ermənistan ənənəvi hiyləgərliyinədə hazır olmalıyıq. Davamlı olaraq siyasi müstəvidə görüşlər keçirilərkən belə Ermənistan hərbi təxribatlar həyata keçirir. Soçi görüşündən sonra da hərbi təxribatlar baş verdi. 

Əgər siyasi sahədə hansısa təxribatlar olarsa, o zaman görüşün keçirilməsinin əhəmiyyəti bir qədər aşağı düşə bilər”.

Mehri QURBAN

 

Əliyevlə Paşinyan Brüsseldə bir araya gəlir: "Bu cür görüşlər arzuolunandır"