“Əli Əliyev partiyanı diktatorcasına idarə etmək istəyir” - İstefa verən sədr müavinindən ŞOK AÇIQLAMALAR

“Əli Əliyev partiyanı diktatorcasına idarə etmək istəyir” - İstefa verən sədr müavinindən

“Əli Əliyev partiyanı diktatorcasına idarə etmək istəyir” - İstefa verən sədr müavinindən ŞOK AÇIQLAMALAR

Bir neçə gün öncə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Əliyar Şirməmmədov Vətəndaş və İnkişaf Partiyasının Siyasi Şurasından və partiya üzvlüyündən istefa verib.

Polemika.az xəbər verir ki, Demokrat.az keçmiş sədr müavini ilə əlaqə saxlayıb. Ə.Şirməmmədov saytımıza açıqlamasında istefa səbəbini partiya rəhbəri Əli Əliyevlə siyasi baxışlarının düzgün gəlməməsi ilə əlaqələndirib. O, qeyd edib ki, hələ üç ay bundan öncə istefa ilə bağlı şifahi müraciət edib: 

“Siyasi Şuradan və partiya üzvlüyündən istefa səbəbim siyasi fikirlərimizin düz gəlməməsi ilə bağlıdır. Ümumillikdə, Əli bəylə 30 ildə birgə fəaliyyət göstərmişik. Hətta, biz Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda ilk ictimasi-siyasi partiya ola AMİP-i (red. Azərbaycan Milli İstiqlal Partiyası) 

yaratmışıq. Burada Əli bəy də, Etibar bəy də, mən də olmuşam. Qeyd edim ki, bu Azərbaycanda ilk rəsmi qeydiyyata alınan partiya idi, yəni biz Azərbaycan cəmiyyətinə ictimai siyasi partiyanı gətirən ilk insanlarıq. Hər zaman bir yerdə olmuşuq. Hesab edirəm ki, mən öz yaşıma, başıma uyğun istefa verdim. Bu barədə ümumiyyətlə, suallar çox yarana bilər. Əslində, mən 15 sentyabr Türk şəhidliyi günü təşkilat işləri üzrə müavinlikdən şifahi olaraq istefa vermişəm və rəsmi təsdiqlənmək üçün üç ay da gözlədim”.

Ə.Şirməmmədov əlavə edib ki, Əli Əliyevlə partiyanın idarəçiliyində sözü düzgün gəlməyib: “Ümumiyyətlə, belə deyərdim ki, bir az da kobud çıxacaq, sanki partiyanı diktatorcasına idarə etmək  istəyir. Mən Əli bəydən yaşca da böyüyəm. Düz, 30 il 4 aydır ki, bir yerdəydik. Deyərdim ki, ayrılmağımın başlıca səbəbi siyasi baxışlarımızın üst-üstə düşməməsi ilə bağlıdır. Hesab edirəm ki, özümə hörmət edərək, mədəni halda istefa verdim. Bunu davam etdirməyi öz tərbiyəmə, siyasi fəaliyyətimə yaraşdırmadım. 

Müsahibimiz gələcəkdə hansısa partiyaya üzv olmağı düşünmədiyini dilə gətirib: “Bu dəqiqə o barədə qətiyyən düşünmürəm. 34 ildir ki, hərəkatdayam, 59 yaşım var, ömrümüm yarıdan çoxu gedib. Mən müstəqil siyasətçiyəm, bunu yaşıma da uyğun, təcrübəmə də uyğun deyə bilərəm. Hələ ki, siyasi mübarizəmi müstəqil aparmaq fikrindəyəm. Hansısa siyasi partiyanı nə gözaltı eləməmişəm, nə də hansısa bir siyasi partiya yaratmaq fikrində də deyiləm. Qətiyyən hansısa partiyanın üzvü olmaq fikrin də yoxdur. Əli bəyin idarəçiliyində biraz diktatorluq olduğu üçün bəyənmədim. Bilmirəm izləmisiniz ya yox, “Youtube”larda hər zaman çıxışım olub. Hər kəsin fikrinə hər zaman hörmətlə yanaşmışam, elə cə Əli bəyin. Onunla birgə 30 il siyasi mübarizə yolunu getmişik. Mənim kişilik yanaşmamda o dostluğu heç zaman nə kölgədə qoymaram, nə də tapdalamaram. Mən onunla dost olmuşam. O, bəlkə də poza bilər, amma mən qəlbimdə o dostluğu pozmuram. Sadəcə siyasi baxışlarımız uyğun gəlmədi deyə istefa verdim”.

“Əli Əliyev partiyanı diktatorcasına idarə etmək istəyir” - İstefa verən sədr müavinindən ŞOK AÇIQLAMALAR