NATO baş katibindən Azərbaycan və Ermənistana çağırış

NATO baş katibindən Azərbaycan və Ermənistana çağırış

NATO baş katibindən Azərbaycan və Ermənistana çağırış

“Biz Azərbaycanla Ermənistan arasında döyüşləri dayandıran razılaşmaları alqışlayırıq”.

Polemika.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması yönündə səylərin davam etdirilməsi NATO üçün vacibdir.

“NATO münasibətlərin normallaşması üçün səyləri və dialoqları dəstəkləyir. Hər hansı gərginlik yaradan addımlardan çəkinmək vacibdir. NATO tərəf deyil, çünki Azərbaycan da, Ermənistan da NATO üçün dəyərli tərəfdaşdır. Biz iki ölkə arasındakı münasibətlərin normallaşmasına diplomatik töhfə veririk”, - deyə baş katib söyləyib./Oxu.az

NATO baş katibindən Azərbaycan və Ermənistana çağırış