“İlham Əliyev adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı”

“İlham Əliyev adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı”

“İlham Əliyev adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı”

“Bu gün artıq  tarixə qovuşmuş  Dağlıq Qarabağ münaqişəsi 30 ilə yaxın müddətdə  dövlətimizin atdığı addımlar, aparılan sülh danışıqları Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın ikili standartlara əsaslanan siyasəti ucbatından nəticəsiz qalsa da,  44 günlük savaşda  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusu  işğalçı dövlətə tarixdə heç zaman unutmayacağı dərsi verdi”.  

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, Vətən müharibəsi və postmünaqişə  dövründə liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları, Vətən qarşısındakı tarixi xidmətləri Ali Baş Komandan İlham Əliyevə  xalqımızın  məhəbbətini daha da artırıb: 

“2003-cü ildə ulu öndər Heydər Əliyev xalqa müraciətində   cənab İlham Əliyevə özü qədər inandığını və axıra çatdıra bilmədiyi işlərin məhz onun xalqa arxalanaraq  həyata keçirəcəyinə  əminliyini ifadə etmişdi. 

2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən  cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyi vədini verdi. 

Son 18 ildə əldə olunan hər bir uğur verilən vədlərin reallıqda öz əksini tapmasıdır. İllər bir-birini əvəzlədikcə xalqımız 2003-cü ildə etdiyi seçimində  yanılmadığını  görür, Azərbaycanın daha xoşbəxt gələcəyinə inandığını  fəxrlə və qürurla bir daha bəyan edir. Necə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan Azərbaycanı ulu öndər Heydər Əliyevin görmək istədiyi şəkildə inkişaf etdirdi, dahi liderin  vəsiyyətini yerinə yetirdiyi üçün bu gün xoşbəxdir. Məhz Ulu Öndərin özünün layiqli siyasi varisinə vəsiyyət etdiyi ərazi bütövlüyümüz təmin olundu, Şuşamız azad edildi”.

Vüqar Rəhimzadə qeyd edib ki, ermənilərin xarabalığa çevirdikləri ərazilər bu gün  Prezident İlham Əliyevin fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün yürütdüyü məqsədyönlü siyasət nəticəsində  tanınmaz dərəcədə dəyişir, Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaradılır.

 

“İlham Əliyev adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı”