Prays: "ABŞ Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığı alqışlayır"

Prays: "ABŞ Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığı alqışlayır"

Prays: "ABŞ Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığı alqışlayır"

"Ukrayna və Türkiyə silahdan istifadəyə məsuliyyətli yanaşmalıdır".

Polemika.aza RBC-ya istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. 

O, Kiyev və Ankara arasında Türkiyənin Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsalının genişləndirilməsinə dair razılaşmanın əldə olunmasını belə qiymətləndirib.

Prays bildirib: "Biz silahlı münaqişə qanunlarına uyğun olaraq və mülki şəxslərə zərər verməyəcək şəkildə hərbi texnikadan düzgün istifadə etməyi qətiyyətlə müdafiə edirik".

O əlavə edib ki, ABŞ Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığı alqışlayır və bunun regionda daha böyük sabitliyə töhfə verdiyinə inanır. Bundan əlavə, bu cür əməkdaşlıq Ukraynanın müdafiə qabiliyyətini artırır, Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Vaşinqton, ümumiyyətlə, müttəfiqlərini və tərəfdaşlarını Ukraynaya təhlükəsizlik yardımı göstərməyə təşviq edir", - deyə Prays yekunlaşdırıb.

Prays: "ABŞ Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığı alqışlayır"