“Qara Cümə günü" ticarət mərkəzində atışma

“Qara Cümə günü" ticarət mərkəzində atışma

“Qara Cümə günü" ticarət mərkəzində atışma

ABŞ-da “Qara Cümə günü" ticarət mərkəzində atışma olub.

Polemika.az xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatında “Qara cümə” günü silahlı insident baş verib. Atışma Durham şəhərindəki ticarət mərkəzlərindən birində qeydə alınıb.

Polis hadisə ilə bağlı əlavə məlumat verməyib.

Yerli “WRAL” portalı isə bir nəfərin güllələndiyini və onun vəziyyəti ilə bağlı heç bir xəbərin olmadığını yazıb.

Hadisə şahidlərinin “Twitter”də yazdığı məlumata görə, atışma ilə bağlı məlumatlardan sonra ticarət mərkəzi boşaldılıb və günün sonuna qədər bağlanıb.

“Qara Cümə günü" ticarət mərkəzində atışma