Əfqanıstanda yeni böhran: Hökumət pasport verə bilmir

Əfqanıstanda yeni böhran: Hökumət pasport verə bilmir

Əfqanıstanda yeni böhran: Hökumət pasport verə bilmir

Oktyabrın 7-dən pasportları paylamağa başlayan Taliban Kabildə prosesi dayandırıb.

Polemika.az xəbər verir ki, bu işi həyata keçirən qurumun rəhbəri Alem Gül Hakkani mətbuata verdiyi açıqlamada, pasportların paylanmasının texniki problemlərə görə dayandırıldığını bildirib.

Problemlər həll edildikdən sonra pasportların paylanmasına yenidən başlanacağını, Kabildəki Pasportlar Baş İdarəsi üçün yeni avadanlıqların veriləcəyini də bildirib.

Hakkani pasportların paylanmasının yalnız Kabildə dayandırıldığını, digər 6 əyalətdə isə paylamanın davam etdiyini söyləyib.

Qeyd edək ki, Əfqanıstanda Talibanın hökmranlığından sonra uzun müddət bağlanan Pasport Baş İdarəsi oktyabrın 7-də açılıb. 

Nəzrin Vahid

Əfqanıstanda yeni böhran: Hökumət pasport verə bilmir