"Mossad"da istefalar: 3 yüksək rütbəli kəşfiyyat məmuru agentlikdən gedib

"Mossad"da istefalar: 3 yüksək rütbəli kəşfiyyat məmuru agentlikdən gedib

"Mossad"da istefalar: 3 yüksək rütbəli kəşfiyyat məmuru agentlikdən gedib

"Mossad"ın 3 yüksək rütbəli məmuru təşkilatın yeni direktoru David Barneanın verdiyi qərarlara əsasən istefa verib.

Polemika.az "Channel 13"ə istinadla xəbər verir ki, İsrail kəşfiyyatında istefalar son bir neçə həftə ərzində baş verib.

Məxfi agentliyinin direktoru Barnea bu ilin iyun ayında sələfi Yossi Koenin kürsüsünü tutub.

"Mossad"ı tərk edən kəşfiyyat məmurları general-mayor rütbəsinə malik olublar. Bu, texnologiya şöbəsinin rəhbəri, əməliyyatlar rəhbəri və antiterror şöbəsinin rəhbərləridir. Dördüncü yüksək vəzifəli məmurun da istefa verməyi düşündüyü bildirilir.

Məmurların istefasının Barneanın casusluq agentliyində vəzifələrin bölüşdürülməsi və mövcud şöbələrin bölünməsi qərarı ilə birbaşa əlaqəli olduğu bildirilir.

"Dedi" ləqəbi ilə də tanınan Barnea elit "Sayeret Matkal" komandos birliyində xidmət edib və son 25 ildə "Mossad"da çalışıb, 2019-cu ildə isə Koenin müavini təyin edilib.

May ayında Barneanın təyinatını elan edərkən o zamankı Baş nazir Benyamin Netanyahu deyib ki, Barneanın əsas vəzifəsi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

"Mossad"da istefalar: 3 yüksək rütbəli kəşfiyyat məmuru agentlikdən gedib