Moldova “Qazprom”la razılığa gəldi

Moldova “Qazprom”la razılığa gəldi

Moldova “Qazprom”la razılığa gəldi

Moldova “Qazprom” şirkəti ilə müqavilənin müddətini 5 il müddətinə uzatmağa razılaşıb.

Polemika.az xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur Nazirliyi məlumat yayıb.

Müqavilə Rusiya qazının Moldovaya tədarükünü nəzərdə tutur.

Moldovanın “Qazprom”la müqaviləsi sentyabrın sonunda başa çatıb. Hökumət müqavilənin uzadılmasını tələb etsə də, 1000 kubmetrin qiymətini 790 dollardan almağa razılaşmayıb.

Moldova parlamenti qaz çatışmazlığı ilə əlaqədar hökumət tərəfindən noyabrın 20-dək fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini təsdiqləyib.

51%-i “Qazprom”a məxsus olan “Moldova Gas” şirkəti tələb olunan qaz həcmini təmin etməyib və ölkə qazı başqa mənbələrdən almaq məcburiyyətində qalıb./Modern.az

Moldova “Qazprom”la razılığa gəldi