“Müəllimlər bilmədən şagirdləri bullinqə məruz qoyur” - Şöbə müdiri

“Müəllimlər bilmədən şagirdləri bullinqə məruz qoyur” - Şöbə müdiri

“Müəllimlər bilmədən şagirdləri bullinqə məruz qoyur” - Şöbə müdiri

"Bu il işə götürüləcək müəllimlər əlavə olaraq, sinif idarəetmə təlimindən keçəcəklər".

Polemika.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Nazirlik rəsmisi diqqətə çatdırıb ki, təlimlərin məqsədi gənc müəllimlərə sinfi idarəetmə təcrübəsi qazandırmaqdır:

“Bəzi hallarda gənc müəllimlərin sinfi idarə etməklə bağlı təcrübələri az olur. Onlar ötən ilki Müəllimlərin İşə Qəbulu İmtahanlarında (MİQ) uğur qazanıb müəllim olublar. Onların təcrübəsizliyi siniflərdə şagird intizamsızlığına gətirib çıxara bilər. Bu il hədəfləmişik ki, yeni işə götürüləcək müəllimlərə yeni tədris ili başlayana qədər, ən geci sentyabr ayının sonuna qədər onları sinif idarəetmə təlimindən keçirək. Bəzi hallarda müşahidə də edirik ki, müəllimlərimiz bilmədən şagirdləri bullinqlərə məruz qoyurlar. Bununla bağlı nazirlik Təhsil İnstitutuna tapşırıq verib ki, bullinqlə bağlı öyrədici materialların tədris resusrlarında artırılması istiqamətində işlər aparsın”. 

 

 

“Müəllimlər bilmədən şagirdləri bullinqə məruz qoyur” - Şöbə müdiri