Suraxanıda Vətən müharibəsi şəhidi məzarı başında anıldı - Fotolar

Suraxanıda Vətən müharibəsi şəhidi məzarı başında anıldı

Suraxanıda Vətən müharibəsi şəhidi məzarı başında anıldı - Fotolar

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun bizlərə Zəfər sevincini yaşatdığı 44 günlük Vətən Müharibəsində Şəhid olan qəhrəman oğullarımızdan biri Məmmədov Dostəli Seymur oğlunun bu gün anım günü qeyd olunub.

Polemika.az xəbər verir ki, anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Suraxanı Gənclər Evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədri, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, Şəhidin doğmaları, Şəhid anaları, rayon ictimaiyyəti iştirak etmişlər.

Şəhid Dostəli Məmmədovun Yeni Suraxanı qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq dualar edilmiş, onun və Şəhid olmuş igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Bizə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın həsrətini çəkdiyimiz Vətən torpaqlarının geri qaytarılması sevincini bəxş edən Dostəli kimi Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

Qeyd edək ki, Şəhidimiz Dostəli Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 

Suraxanıda Vətən müharibəsi şəhidi məzarı başında anıldı - Fotolar