Azərbaycanda 8-ci sinif şagirdi məktəbdə öldü

Azərbaycanda 8-ci sinif şagirdi məktəbdə öldü

Azərbaycanda 8-ci sinif şagirdi məktəbdə öldü

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Polemika.az xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib.

Xaçmaz Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Azərbaycanda 8-ci sinif şagirdi məktəbdə öldü