“Uşaq təcavüzçülərinə 15-20 il cəza verilməsini doğru hesab etmirəm” - Psixoloq

“Uşaq təcavüzçülərinə 15-20 il cəza verilməsini doğru hesab etmirəm” - Psixoloq

“Uşaq təcavüzçülərinə 15-20 il cəza verilməsini doğru hesab etmirəm” - Psixoloq

Son zamanlar ölkəmizdə pedofillərin sayı artıb.

Pedofil kimdir?

Pedofiliya "uşaq" və "sevgi" sözlərinin birləşməsindən yaranıb. Başqa adı infantoseksualizm və ya paderoziyadır. Başqa deyimlə uşaqbazlıq mənasını verir. Yetkinlik yaşında olan adamların həddi-buluğa çatmamış 4-11 yaşlı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bu əlamətin daşıyıcılarını isə pedofil adlandırırlar.

Daha çox kişilərdə müşahidə olunan pedofiliya nadir hallarda qadınlarda da rast gəlmək olur. Pedofilya yalnız orta yaşlı kişilərdə müşahidə olunmur. Hətta keçid dövründə olan oğlan uşaqlarında da bu əlamətə rast gəlmək olar. Pedofilliyə meylli adam hər yaş qrupundan, peşədən və millətdən ola bilər. Onlar bu əlaməti rahatlıqla gizlədə bilir və cəmiyyətdə normal şəkildə yaşayırlar. Pedofillərin çox az qismi nəzərə çarpır. Onları ilk baxışdan tanımaq elə də mümkün deyil. Lakin qəbul edilmiş portret var. Məsələn, onlar ortaboylu olurlar, köklüyə meylli olurlar, beyinləri zəif inkişaf edir. Uşaqlarla rahat dil tapırlar.

Pedofillər daha çox nəzarətsiz qalmış, valideyni tərəfindən kifayət qədər diqqət yetirilməyən uşaqları qurban olaraq seçir.

Psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, cəmiyyət tərəfindən pedofiliyaya münasibət doğru deyil:

“İnsanlar pedofillərə tənqidi yanaşır və deyirlər ki, onlara 15-20 il həbs cəzası verilsin. Bu yanaşma tərzi doğru deyil. Ümumiyyətlə, mən hesab edirəm ki, dünya həbsxana sistemi doğru qurulmayıb. Çünki həbsxana cəzaçəkənin islah olmasına köməklik göstərir. Məsələn, bir insan gedir cəzaçəkmə müəssisəsində yatır və bunun nəticəsində düzəlib çıxmalıdı. Amma biz isə görürük ki, azyaşlı xırda bir səhv etmiş gənc gedib yaşlı cinayətkarlarla bir yerdə yatır və çıxanda daha potensial cinayətkar kimi çıxır. Ona görə də, nəticə etibarı ilə həbsxana islah eləmir, daha da korlayır. Mən düşünürəm ki, belələri psixologiyanın qaydalarına söykənən metodla islah olunamlıdır. Ələxsus da, yaşı az olub cinayət törədənlər”.

Psixoloq bildirib ki, pedofili hansısa həbsxanada islah etmək fikri absurddur:

“Çünki bu, dəyişməyən məsələdir. Elm hələ ki, onun dəyişmə mexanizmini tapmayıb. Ona görə də, pedofilləri ömürlük həbs etmək, cəmiyyətdən təcrid etmək lazımdır. Çünki siz heç vaxt pedofilə izah edə bilməzsiniz ki, etdiyi yanlışdır. Müasir elmdə bu şeylər korreksiya olunmur. Bəzən elə pasientlərimiz olur ki, onların belə qorxuları olur ki, birdən pedofil olar və ya bir psixoloji pozuntusu olmuş olar. Onlar əslində pedofil deyil, sadəcə olaraq onlarda təşviş pozuntusu olur. Bəzi pedofillər isə özlərindəki bu halı normal olaraq qiymətləndirir. Ona görə də belələrini cəmiyyətdən ömürlük təcrid etmək lazımdır. Necə ki, cərrahlar çibanı və ya dördüncü növ onkoloji bir şişi kəsib tullayırlar, bunları da elə ömürlük azadlıqdan məhrum etmək lazımdır. Çünki ölüm hökmü yoxdur. Onlar islah olunmur”.

Uşaqları necə cinsi tərbiyə etmək olar?

Elmir Əkbər bildirib ki, uşaqlara psixoseksual inkişaf dərsləri keçirilməlidir:

“Uşaqlara bu istiqamətdə doğru tərbiyə aparılmalıdır. Azərbaycanda bu tərbiyə aparılmır. Uşaqlar düzgün cinsi tərbiyə olunmalıdır. Bu, uşaqlara intim əlaqəni izah etmək demək deyil. Bu, bir qızdan xanımı, bir oğlandan bəyi necə yetişdirmək olar, onun psixoloji əsaslarıdır. Uşaqlara izah olunmalıdır ki, onlar yad insanlarla necə təmasda olmalıdır, kimin hansı sözlərinə inanmaq olar, kimin yox və s. Çünki heç vaxt mümkün deyil ki, uşaqlar pedofili hansısa cəhətlərinə görə tanısınlar. Yəni ona görə də, biz uşaqlara davranış və sərhədlər təlimləri verməliyik. Azərbaycanda böyük problemlərdən də biri budur ki, insanlar bir-birlərinin sərhədlərini tanımaq istəmirlər”.

“Biz uşağa öyrətməliyik ki, onun sərhəddi hara qədərdir. Yəni qohum ona hansı sərhədlə yaxınlaşa bilər, yad necə yaxınlaşa bilər və s. Bunları psixoloji əsaslarla etməliyik ki, gələcəkdə başqa problemlər yaşanmasın. Onları haqsız yerə qorxutmaq da olmaz. Bu kimi təlimlər psixoterapevtlər, klinik psixoloqlar tərəfindən aparılmalıdır. Həmçinin məktəb psixoloqları və bağça psixoloqları da bu məsələdə uşaqları tərbiyələndirməlidir” – deyə, psixoloq bildirib.

“Uşaq təcavüzçülərinə 15-20 il cəza verilməsini doğru hesab etmirəm” - Psixoloq