"Adım çəkiləndə dizləri əsir, rəngləri ağarır" - Kamran Həsənli

"Adım çəkiləndə dizləri əsir, rəngləri ağarır"

"Adım çəkiləndə dizləri əsir, rəngləri ağarır" - Kamran Həsənli

Azərbaycan efirinə şou proqramları gətirən, şoumen kimi sevilən teleaparıcı Kamran Həsənli artıq uzun illərdir efirlərdə görünmür.

Bəs görəsən, Azərbaycan teleməkanındakı bayağı verilişlərin tənqid hədəfinə çevrildiyi bir vaxtda Kamran Həsənli hansı səbəbdən keyfiyyətli  proqramla efirə qayıtmır?

Mövzu ilə bağlı Polemika.az-a danışan şoumen efirlərdə görünməməyinin səbəbinə aydınlıq gətirib.

O, yerli telekanallardan dəvət almadığını bildirib:

“Mənim televiziyaya qayıtmaq planım əlbəttə ki, var. Amma telekanallar məni dəvət etmirlər. Mənə doğma olan “Space”də kontingent dəyişsə də, mənə müraciət etməyiblər. Hətta bu yaxınlarda “Space”də bir verilişə baxırdım, gördüm ki, kanalın keçmiş simalarını efirə dəvət ediblər. Bilmirəm, “Space”in məndən başqa məşhur siması varmı? “Space” deyəndə ağıla ilk Kamran Həsənli gəlir. Təsəvvür edin, həmin verilişə belə məni dəvət etməmişdilər. Bilmirəm bu qısqanclıq, məndən qorxu onlarda hardandır? Sanki mənlə bağlı kompleksləri var. Hər halda mənim təəssüratlarım belədir”.

Teleaparıcı yenidən televiziyaya qayıtmaq istədiyini desə də, kanalların onu efirdən uzaq tutmaq istədiyini qeyd edib:

“Kanallardan dəvət yoxdur, amma mən efirə qayıtmağı istəyərəm. Yaxşı proyektlərim, fikirlərim var, indi daha da “bişmişik”, təcrübəliyik. Lakin dəvət yoxdur, onlar məndən başqa kimə gəldi veriliş verirlər. Layihələrim çoxdur, buna baxmayaraq, məni telekanallara yaxın buraxmırlar. Beynimdə 10-a yaxın layihə var. İstənilən adam telekanala gedəndə açıb qapını içəri buraxırlar, məni isə qəbul etmirlər. Yerli kanallar mənə qarşı koalisiya yaradıblar. Məndən qorxurlar, adım çəkiləndə dizləri əsir, ya rəngləri ağarır, anlamıram. Qorxurlar ki, sabah iclasda nəyisə səhv deyərlər, mən düzəldərəm, ya da yaxşı veriliş hazırlayarıq, televiziyanın mənzərəsi dəyişə bilər. Camaat bu gün telekanallardan çox narazıdır. Hazırda televiziyanı dəyişmək çox asandır, çünki efiri elə hala salıblar ki, bir balaca yaxşı veriliş hazırlasan camaat bunu o saat hiss edəcək. Ona görə də məni uzaqlaşdırırlar”.

Əsmətxanım

"Adım çəkiləndə dizləri əsir, rəngləri ağarır" - Kamran Həsənli