Xatun qardaşı Balaş haqda: "Ölməsi üçün dua edirdim"

Xatun qardaşı Balaş haqda: "Ölməsi üçün dua edirdim"

Xatun qardaşı Balaş haqda: "Ölməsi üçün dua edirdim"

Müğənni Xatun Əliyeva qardaşı, stilist Balaşın ölümündən danışıb.

Polemika.az teleqraf.com-a istinadən xəbər verir ki, Xatun Əliyeva ARB televiziyasında yayımlanan "O üz" verilişində bu sözləri deyib:

"Biz ilk zamanlar elə bilirdik ki, insult keçirib. Tez həkimə zəng etdim. Həmin ərəfədə koronavirusa yoluxmuşdum, yanına gedə bilmirdim. Əlimi hara atırdımsa, quruyurdu. Analizlərinin cavabını İsrailə, Türkiyəyə, Rusiyaya göndərdim. Hamısı dedi ki, gecikmisiniz. Mən onu yalnız iki ay on üç gün gördüm. Bir ayını divanda otururdu, stolda əyləşirdi. Kimyaterpiya da kömək etmirdi. Çox gecikmişdi, hətta dedilər ki, bu insan harada yaşayıb, həkimə də getməyib.

Çox pozitiv insan idi, hər şeyə tələsirdi. Həkimlə danışdım, mənə dedi ki, sağalması mümkün deyil. Anama dedim, cavandı, möcüzə olacaq, sağalacaq. Artıq hər şeydən əlimizi üzəndə sevdiyini əzab-əziyyət, xəstəliyin içində gördüyün zaman Allahdan ona haqqın rəhmətinə qovuşmasını dua edirsən, öz canından olan birinə Allahdan ölüm arzulayırsan".

Müğənni qardaşının xəstəliyinin gizli saxlamasından da danışıb: "Təzə-təzə özü heç kimi görmək istəmədi, anamgili də. Bizdə qalırdı. Hərdən anam deyir ki, sən niyə məndən gizlədirdin, cavab verirdim ki, elə bilirdim, sağalacaq. Pandemiyaya görə hər kəsdən gizlərdim. Düşündüm ki, gələrlər, infeksiya keçər".

Xatun qardaşı Balaş haqda: "Ölməsi üçün dua edirdim"