Paşinyan Mehri, Gorus və Gümrüdə sarsıdıcı məğlubiyyətə uğradı

Paşinyan Mehri, Gorus və Gümrüdə sarsıdıcı məğlubiyyətə uğradı

Paşinyan Mehri, Gorus və Gümrüdə sarsıdıcı məğlubiyyətə uğradı

Ötən gün Ermənistanda keçirilən yerli seçkilərin ilkin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası Mehri və Gorusda uduzub.

Polemika.az bildirir ki, bu barədə Azadlıq Radiosunun erməni xidməti məlumat yayıb.

Mehridə Aram Sarkisyanın rəhbərlik etdiyi "Cümhuriyyət" partiyası, Gorusda isə indiki müxalifət lideri Aruş Aruşanyanın vətəndaş blokunun qalib gəldiyi bildirilir.

Müxalifətin sözlərinə görə, seçkilərdə hakim partiya tərəfindən bir sıra qanun pozuntuları aşkar edilmişdir.

Ən son məlumatlara görə, "Vətəndaş Müqaviləsi" partiyası Gümrü şəhərində də məğlub olub. 

Paşinyan Mehri, Gorus və Gümrüdə sarsıdıcı məğlubiyyətə uğradı