"Ər telefonunu arvadından gizlədirsə..." - Xəyanət edən kişini necə tanıçaq olar?

"Ər telefonunu arvadından gizlədirsə..."

"Ər telefonunu arvadından gizlədirsə..." - Xəyanət edən kişini necə tanıçaq olar?

Araşdırmalara görə, qadınların ən az 50%-i ərlərinin onlara daim xəyanət etdiyini düşünür. Bəs xəyanət edən kişiləri necə tanımaq olar?

“Ümumiyyətlə, kişilər yalan danışmağı bacarmırlar”.

Bunu Polemika.az-a açıqlamasında psixoloq Samirə Bağırova bildirib.

Onun sözlərinə görə, gücülü cinsdə uşaq saflığı var. Ancaq qadınlar doğuştan manipulyator olduğundan bu hiss onlarda güclüdür. Qadın yalan danışmadan öncə bir neçə dəfə çək-çevir edir, onu yaşayır və yalan danışanda hiss olunmur. 

Kişilərin yalanı mütləq şəkildə hansısa hərəkəti ilə üzə çıxır. Qadınlarda isə Anna Karenina sindorumu var, yəni şübhə sindromu, paranoya. Əslində, ortada xəyanət yoxdur, amma qadın şübhə edir.

Əgər kişi əvvəlki kimi deyilsə, özünə baxımı çoxalıbsa, diş fırçasını dəyişirsə, geyim tərzini dəyişibsə, telefonun üzünü çevirirsə, qorxursa ki birdən telefonu qadının əlinə düşər, bu hallarda artıq qadın şübhəçi ola bilər. Özünəarxayın kişi ömründə belə hərəkətlər etməz. Onun həyatında ailədən kənar kimsə varsa, daha ehtiyatlı davranmağa başlayır”.

Ayzel

"Ər telefonunu arvadından gizlədirsə..." - Xəyanət edən kişini necə tanıçaq olar?