"Paşinyanın nazirləri milyon yarım maaş alır" - İrəvan meri

"Paşinyanın nazirləri milyon yarım maaş alır" - İrəvan meri

"Paşinyanın nazirləri milyon yarım maaş alır" - İrəvan meri

"Nazirlər 1,5 milyon dram məvacib alır".

Polemika.az “Aysor”a istinadla xəbər verir ki, bunu İrəvan meri Ayk Marutyan bildirib:

Hazırda Paşinyan hökuməti ilə siyasi ixtilaxfları olan Marutyan bunun səbəblərini izah edib:

“Mən “Mülki Müqavilə” partiyasını tərk etdim, ona görə də mer postunu da tərk etməliyəm”.

O xatırladıb ki, İrəvan şəhər Ağsaqqallar Şurasında “Mənim addımım” bloku yaradılanda o vaxt 54 nəfərdən cəmi 27-si “Mülki müqavilə” partiyasının üzvü idi.

“Mülki Müqavilə” partiyasından çıxmışam, amma “Mənim addımım” blokundan çıxmamışam. Mən “Mənim addımım” fraksiyasının üzvü olmaqda davam edirəm və impiçmentin təşəbbüskarı olan qrupun təsdiqi sadəcə olaraq yalandır”, - deyə Marutyan qeyd edib.

O əlavə edib: "Hökumətin inqilabçı üzvləri gizli şəkildə maaşlarını qaldırıblar, məsələn, nazirlər 1,5 milyon dram alırlar, söhbət xalis maaşdan gedir. Nazir müavinləri isə 1 milyon dram".

Marutyan, həmçinin hakim “Mülki müqavilə” partiyası ilə münasibətini kəsməsinin səbəblərini açıqlayıb:

“İşlədiyim müddətdə mənə çoxlu sayda yüksək rütbəli məmurdan zənglər gəlirdi. Onlar deyirdilər: “Cənab Marutyan, meriyanın filan əməkdaşı pis şərh yazıb və ya pis statuslar bəyənilib, onları işdən çıxarmaq lazımdır”. Onlara dedim ki, “Facebook”la ölkəni idarə edə bilməzsiniz, hər şey “Facebook”la başlayıb, onunla bitmir. Məni rahat buraxın".

"Paşinyanın nazirləri milyon yarım maaş alır" - İrəvan meri