"Ermənilər qorxur ki, Azərbaycan bunu edər" - Sensasiyalı açıqlama

"Ermənilər qorxur ki, Azərbaycan bunu edər"

"Ermənilər qorxur ki, Azərbaycan bunu edər" - Sensasiyalı açıqlama

Ermənistanın “Hraparak” qəzeti Azərbaycanla sərhəddə Tavuş vilayətində alternativ yolların tikintisi barədə məlumata istinadla müəyyən iddialar irəli sürülüb. Bu iddialardan birinə görə, yeni yolun çəkilməsi Qazaxın işğal altında olan 7 kəndi Azərbaycana qaytarılacaq. 

Yeri gəlmişkən, həmin kəndlərin qaytarılması 10 noyabr 2020- ci il bəyanatında da əksini tapıb.

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, əslində, erməni nəşrinin iddiası o qədər də əhəmiyyətli olmamalıdır.

“Amma 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir bəndi Qazaxın 7 kəndinin qaytarılması məsələsi öz əksini tapıb. Amma həmin bəndin icrası həyata keçirilməyib. Əslində, o yaşayım məskənləri geri qaytarıldıqdan sonra Ermənistanın Gürcüstana yeganə çıxışı bağlanacaq. O zaman ermənilər Zəngəzur dəhlizini daha tez açmağa razılaşarlar. 

Nədənsə bu məsələ bizim diqqətimizdən kənarda qalıb. Ermənilər qorxur ki, Azərbaycan bunu edər, ona görə də, əlavə yol çəkməyə çalışırlar. 

Təbii ki, bütün müharibələrin sonu sülhlə bitir. Azərbaycan Prezidenti sülh müqaviləsinin bağlanmasına razı olduğunu bildirib. Buna görə də, Ermənistanın daxilində müəyyən fikirlər söylənilə bilər. Bu siyasəti davam etdirməliyik”.

Ayzel

 

"Ermənilər qorxur ki, Azərbaycan bunu edər" - Sensasiyalı açıqlama