Erməni nəşri 44 günlük müharibə ilə çökən “milli ideologiya”dan yazdı

Erməni nəşri 44 günlük müharibə ilə çökən “milli ideologiya”dan yazdı

Erməni nəşri 44 günlük müharibə ilə çökən “milli ideologiya”dan yazdı

“Manipulyasiyalar, siyasi intriqalar və demaqoqiya həmişə həyatımızın ayrılmaz hissəsi olub. Siyasətçi qeyri-müəyyən terminlərlə danışanda, insanların incə milli vətənpərvərlik simlərinə toxunanda, arqumentsiz eyhamlardan istifadə edəndə, ucuz dividendlər qazanıb, camaatı sevindirəndə, populist çıxışlar edəndə hamımız ona inanırıq. Bütün bunlar manipulyasiya sahəsinin müxtəlif təzahürləridir. Biz çox vaxt buna əhəmiyyət vermirik, amma bir qayda olaraq o yemi uduruq”.

Polemika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Erməni nəşri daha sonra mövzunu belə davam etdirib

“30 ildir ki, “Artsax” mövzusu bu cür manipulyasiyaların və ucuz spekulyasiyaların mövzusu olub. “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi ilə bitən münbit saxta dəyərlər və demaqoqluq meydanı formalaşıb. Lakin 2020-ci il müharibəsi və ondan sonrakı hadisələr göstərdi ki, nə onilliklər boyu axıtdığımız göz yaşları, nə “torpaq təhvil vermək” niyyətində olanlara yönəlmiş təhdidlər, nə də “Artsax”a və xalqına olan sevgi və qayğı səmimidir.

Məlum oldu ki, məhəbbət, milli məqsədlər və itirilmiş vətəni qaytarmaq kimi çoxəsrlik arzular sacxta və uydurmadır. Məlum oldu ki, biz hər şeyi əsaslandırıb, hər şeylə barışa bilirik. Vətənimizin məhvi ilə belə...

Elə bir vaxt gəldi ki, ən qəbuledilməz sənəd imzalandı və imzalayan şəxs erməni xalqının qarşısında qürurla, açıq şəkildə dayana bildi, çıxışlar etdi, baş verənlərə görə başqalarını ittiham etdi. İndi isə cəzalandırılmır, lənətlənmir, çünki o “haqlıdır”. Xain deyil, oğrular isə “köhnələrdir”.

 

Erməni nəşri 44 günlük müharibə ilə çökən “milli ideologiya”dan yazdı