İstintaq Tonoyana telefon danışıqlarını qadağan etdi

İstintaq Tonoyana telefon danışıqlarını qadağan etdi

İstintaq Tonoyana telefon danışıqlarını qadağan etdi

İstintaq hələ də Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana saxlanıldığı istintaq təcridxanasında görüşlərə və telefon danışıqlarına icazə vermir.

Polemika.az xəbər verir ki, bu barədə məlumatı vəkil Sergey Ovannisyan açıqlayıb.

Vəkilin sözlərinə görə, sözügedən məhdudiyyətlər Tonoyanın qohumları və yaxınlarına şamil edilir. 

Qeyd edək ki, David Tonoyan sentyabrın 30-u yararsız raketlərin alınması ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb. İstintaq Tonoyanı və silah alverçisi Qalstyanı 4,6 milyon dollar miqdarında vəsaiti mənimsəməkdə təqsirli bilir./Qafqazinfo

İstintaq Tonoyana telefon danışıqlarını qadağan etdi