Təmir sexi içindəki “Moskviç” ilə birgə yandı

Təmir sexi içindəki “Moskviç” ilə birgə yandı

Təmir sexi içindəki “Moskviç” ilə birgə yandı

Şirvanda bir dam altında tikilən səkkiz boksdan ibarət avtomobil təmiri sexinin üç boksunun yanar konstruksiyaları və içərisində təmirə dayanan “Moskviç” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. 

Polemika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Təmir sexi içindəki “Moskviç” ilə birgə yandı